Əlaqə Arxiv
news Image
2014.07.02
18:57
| A A A
Daha 2 legioner “Bakı” klubunu tərk edib

Maddi problemlərlə üzləşən "Bakı"nın heyətində daha 2 futbolçunun gedişi rəsmiləşib. Bu barədə apasport.az saytına klubun icraçı-direktoru Yaşar Seyidov məlumat verib. O bildirib ki, legionerlərdən Aleksandar Şoliç və Deyvidas Çesnauskis komandanı tərk edib. Buna səbəb xorvatiyalı və litvalı yarımmüdafiəçilərlə müqavilələrin başa çatmasıdı. Hələ də kollektiv məşqlərə qatılmayan Rauf Əliyev, Cavid Hüseynov və Əfran İsmayılovun da komandadan gedəcəyi gözlənilir. Qeyd edək ki, bundan öncə "Bakı"nı makedoniyalı Edin Nuredinoski, ispaniyalı Mario Rubio, braziliyalı Xavyer Junior, rumıniyalı Marius Pena və Elvin Məmmədov tərk edib.

Sizin Reklam Yeriniz