news Image
2014.09.17
17:33
| A A A
İdman dırmanması üzrə çempionat keçiriləcək

20-21 sentyabr 2014-cü il tarixlərində Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə "ClimBaku" İdman Dırmanması Mərkəzində idman dırmanması üzrə növbəti Açıq Respublika Çempionatı keçiriləcək.

Azərbaycan Hava ve Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən movqe.az-a verilən məlumata görə, beynəlxalq federasiyaların tələb və şərtlərinə, eyni zamanda, İdman Dırmanması üzrə Respublika çempionatının Əsasnaməsinə uyğun olaraq təşkil olunan çempionatda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən respublikanın müxtəlif bölgələrindən olan klubların idmançılarının iştirakı gözlənilir.

3 mərhələdə (təsnifat, yarımfinal, final) keçiriləcək yarışda idmançılar boulderinq və sürət növləri üzrə qüvvələrini sınayacaqlar.

İdman Dırmanması üzrə Açıq Respublika Çempionatının keçirilməsində əsas məqsəd ölkəmizdə ekstremal idman növlərini, o cümlədən idman dırmanmasını inkişaf etdirmək və gələcəkdə beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdən ibarətdir.

Qeyd edək ki, son dövrlərdə ölkəmizdə bu kimi beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi artıq ənənəyə çevrilib.