news Image
2015.03.02
15:50
| A A A
"Real Madrid" öz meydanında xal itirdi

İspaniya Primerosunun 25-ci turunda liderin xal itkisi qeydə alınıb. "Santiago Bernabeu"da "Villareal"ı qəbul edən "Real Madrid" rəqibin müqavimətini qıra bilməyib. Qarşılaşmada hesabı Ronaldo açıb. Portuqaliyalı ulduz rəqibin qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. "Villareal" 64-cü dəqiqədə bərabərliyi təin edib. Moreno İker Kasilyası topu tordan çıxarmağa məcbur edib. Beləliklə, 2 xal itirən "Real Madrid" indi 2-ci pillədəki "Barcelona"nı cəmi 2 xal qabaqlayır.

Real Madrid 1-1 Villareal

Qollar: Ronaldo (pen. 52) ; Moreno (64`)


money.az currency