news Image
2017.05.02
14:05
| A A A
May ayının ilk hərracı keçirilib

Dövlət əmlakının özəlləşdirilməsi üzrə may ayının ilk hərracı keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən Movqe.az-a  verilən məlumata görə, bu gün növbəti hərrac keçirilib.

Hərracda özəlləşdirilən əmlaklardan 5-i kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri yaşayış sahəsidir. Bakı şəhəri üzrə 2 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi və 8 istifadəsiz qeyri yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.

Budəfəki hərracda özəlləşdirilən ən yüksək qiymətə özəlləşdirilən əmlak Sabunçu rayonunda yerləşən ictimai iaşə obyekti olub. Beləki, adıçəkilən əmlak 220 min manata özəlləşdirilib. Bundan başqa paytaxtın Xəzər rayonunda yerləşən Tibb məntəqəsi də qiyməti ilə digərlərindən fərqlənir. Özəlləşdirilən həmin əmlakın qiyməti 190 min manatdır. Ümumi faydalı sahəsi 1179 kv.m, topaq sahəsi isə 4632 kv.m təşkil edir.

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 2-si paytaxtın Sabunçu və Xəzər rayonlarında, 1-i Gəncə, 1-i Cəlilabad, digər isə Mingəçevirdə yerləşir.

Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 3-ü paytaxtın Suraxanı, Yasamal, Nizami rayonlarında, 3-ü Qubada, digərləri isə Sumqayıt, Sabirabad, Lənkəran və Ağdaşda yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 60 min manat olub. Ümumi faydalı sahəsi isə 24 kv.m təşkil edib. Budəfəki hərrac da özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 9 kv.m ilə 110 kv.m, qiymətləri isə 1500 manatla 60 min manat arasında dəyişib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac mayın 10-da keçiriləcək.