news Image
2017.05.03
10:33
| A A A
“Əsrin müqaviləsi”nin uzadılmasında Azərbaycan öz şərtlərini diqtə edir
Fikrət Yusifov: “İndi Azərbaycan elə bir mövqeyə malikdir ki, o müqavilənin müddətinin uzadılmasına artıq yeni şərtlərlə gedəcək”

“Bizim bütün şərtlərimiz yerinə yetirilməlidir ki, "Əsrin kontraktı"nın müddəti daha da uzadılsın”. Bunu Prezident İlham Əliyev Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışı zamanı məktəbin müəllim və tələbələri, Dövlət Neft Şirkətinin nümayəndələri ilə görüşündə deyib. 

İqtisadçıların fikrincə, "Əsrin kontraktı"nın müddətinin  uzadılması üçün xarici tərəfdaşlar Azərbaycanı şərtlərini yerinə yetirməsi qaçılmazdır. Bunu müxtəlif aspektlərdən əsaslandırırlar. Belə ki, ilk növbədə Azərbaycanla əməkdaşlıq xarici neft şirkətləri üçün sərfəlidir. Ötən zaman bunu təsdiq edir. İkincisi, ötən dövr ərzində dünyanın siyasi və iqtisadi müstəvisində Azərbaycanın rolu və çəkisi müqayisəedilməyəcək bir səviyyədə artıb. Bu da ona şərtlərini diqtə etməyə əsas verən əsas amillərdəndir.
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirdi ki, “Əsrin müqaviləsi”nin icra müddəti 2024-cü ildə başa çatır: “Mütəxəssislərin apardıqları araşdırmalar göstərir ki, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının potensial imkanları müqavilənin vaxtı başa çatdıqdan sonra da kifayət qədər böyük olaraq qalacaq.  Bu reallıq imkan verir ki, onların birgə istismar müddəti yenidən uzadılsın. Tərəflər arasında belə bir razılıq o halda əldə oluna bilər ki, müqavilənin yeni şərtləri hər bir tərəfi qane etsin.
 Müqavilənin imzalandığı ötən 22 ildən çox dövr ərzində dünyanın siyasi və iqtisadi müstəvisində Azərbaycanın rolu və çəkisi müqayisəedilməyəcək bir səviyyədə artıb. İndi Azərbaycan elə bir mövqeyə malikdir ki, o müqavilənin müddətinin uzadılmasına artıq yeni şərtlərlə gedəcək. Təbii ki, bu şərtlər ölkəmiz üçün əvvəlkindən daha sərfəli olacaq. “Əsrin müqaviləsi” imzalanan dönəmlərdə ölkə iqtisadiyyatı dağınıq halda, ictimai-siyasi vəziyyət isə qeyri-sabit bir vəziyyətdə idi. Belə bir şəraitdə biz bu nəhəng kontraktın imzalanmasına nail olmalı idik və Ulu Öndərin uzaqgörən siyasəti sayəsində buna müvəffəq olduq.  
Bütün investisiyaların xarici şirkətlər tərəfindən qoyulmasına nail olduqdan sonra, mənfəət neftinin 75 faizinin Azərbaycana çatması şərtinin tərəf müqabillərə qəbul etdirilməsi o dövr üçün çox böyük uğur idi. Hesab edirəm ki, yeni şərtlər müzakirə edilərkən xarici şirkətlər artıq Azərbaycanın indiki durumunu nəzərə alaraq, şərtlərdə onun yeni üstünlüklər əldə etmək istəyinə hörmətlə yanaşacaqlar”.
  

Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs