Türkiyə Rusiya taxılının idxalına tətbiq etdiyi rüsumu ləğv edə bilər
Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib
Türkiyə şirkətləri Rusiya taxılının rüsumsuz idxalını bərpa edə bilər. "Report"un "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib. Xatırladaq ki, martın 15-dən etibarən Ankara Moskvanı rüsumsuz kənd təsərrüfatı məhsullarının idxalı ölkələrinin siyahısından çıxarıb.
1 yanvar 2016-cı il tarixindən Rusiya və Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Rusiya sonuncudan bir sıra kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Mart ayında Rusiya hökuməti saqqız, duz, soğan, gül kələmi, brokkoli və mixəyin Türkiyədən tədarükünə qarşı qoyuduğu qadağanı ləvğ edib.