Əlaqə Arxiv
news Image
2017.05.08
09:00
| A A A
Ərəb sərmayəsi tikinti sektorunun inkişafına əlavə təkan olacaq
Vüqar Bayramov: “Postneft dövründə qeyri-neft sektorunun maliyyə vəsaitlərinə olan tələbin ödənilməsində ərəb investisiyası kifayət qədər həlledici rol oynaya bilər” Yaşar Əsədov: “İmkan yarandığı halda Azərbaycan da ərəb investisiyasından yararlanmağa çalışmalıdır”

Türkiyə özünün tikinti sektorunu canlandırmaq üçün ölkəsinə ərəb investorlarını cəlb etməyə başlayıb. Bu zaman Ankara onların prosesə marağını artırmaq üçün müxtəlif güzəştlər də vəd edir. Azərbaycan da son zamanlar qeyri-neft sektoru, o cümlədən tikinti sahəsinin canlanmasına xüsusi diqqət yetirməyə başlayıb. Bu fonda Azərbaycan da özünün tikitti sektoruna ərəb investorlarının cəllb edilməsilə bağlı Türkiyənin anoloji təcrübəsindən istifadə edə bilərmi?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd etdi ki, Azərbaycan onsuz da son zamanlar ərəb investisiyasının cəlb edilməsinə xüsusi diqqət yetirir: “Azərbaycanın qeyri-neft sektoruna ərəb investoarlarının cəlb edilməsi əsas hədəflərdən biridir. Ümumiyyətlə, son dövrlər ərəb investisiyasının cəlb edilməsi istiqamətində xeyli addımlar da atılıb. Azərbaycan rəhbərinin ərəb ölkələrinə səfəri, eyni zamanda İqtisadiyyat Nazirliyi tərəfindən bu ölkələrdə keçirilən müxtəlif sərgi və tədbirlərdə iştirak ölkəmizin potensialını təqdim etmək məqsədi daşıyıb. Bu mənada ölkəmizin potensialının təqdim edilməsi Azərbaycana ərəb investisiyasının cəlb edilməsi baxımından mühüm əhəmiyyətlidir. 
Düşünürəm ki, ərəb investisiyasının iqtisadiyyatımıza, o cümlədən tikinti sektoruna cəlb edilməsi baxımından imkanları genişdir. Bu addım həmçinin ərəb investorlarına daha çox investisiya həyata keçirməyə imkan verir. 
Azərbaycan üçün sözügedən məkandan investisiyanın cəlb edilməsinin digər özəlliyi ondan ibarətdir ki, ərəb ölkələri üçün yeni bazarlara ehtiyac var və onlar da bunda maraqlıdırlar. Bu kontekstdən Azərbaycan da sözügedən ölkələr üçün cəlbedicidir. Bütün bunlar onu göstərir ki, növbəti mərhələdə ərəb investisiyası Azərbaycan üçün kifayət qədər cəlbedici ola bilər.  Azərbaycan nəticə etibarı ilə çalışmalıdır ki, daha çox həcmdə ərəb investisiyasını özünün qeyri-neft iqtisadiyyatına, o cümlədən tikinti sektoruna cəlb edə bilsin. O baxımdan, postneft dövründə qeyri-neft sektorunun maliyyə vəsaitlərinə olan tələbin ödənilməsində ərəb investisiyası kifayət qədər həlledici rol oynaya bilər. Azərbaycanın bu sahədə imkanlarının geniş olduğunu nəzərə alsaq, məsələnin öz müsbət həllini tapacağı da istisna deyil”.  
Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov da məsələyə müsbət yanaşdı: “İndiki halda ərəb investorlarını Azərbaycan iqtisadiyyatı, o cümlədən tikinti sahəsinə cəlb etməməyin özü  günah olardı. 
Hazırda təkcə Türkiyə deyil, Rusiya da ərəb investorlarını güclü şəkildə cəlb etmək yolunu tutub. Onlar bu ölkələrin tikinti, elmtutumlu və kənd təsərrüfatı sahələrinə investisiya yatırırlar. Ona görə də imkan yarandığı halda Azərbaycan da ərəb investisiyasından yararlanmağa çalışmalıdır. Bu addımın atılması ölkəmizdə yeni iş yerlərinin yaradılması, daxili istehsal, qeyri-neft sektorunun inkişafı demək olacaq”.
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz