Əlaqə Arxiv
news Image
2017.05.11
12:40
| A A A
DGK bu il büdcəyə 758 mln. manat köçürüb

Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 758 mln. 93,39 min manat daxil olub.

 
Movqe.az  komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 113 mln. 780,82 min manat və ya 17,66% artıb.

Bu ilin dörd ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 210 mln. 209,84 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 513 mln. 897,69 min manat, aksizlər üzrə 23 mln. 776,51 min manat, yol vergisi üzrə isə 10 mln. 209,35 manat təşkil edib.

Sizin Reklam Yeriniz