news Image
2017.05.11
12:50
| A A A
Azərbaycanın xarici ticarət əməliyyatlarında 1,3 mlrd. dollarlıq müsbət saldo yaranıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 5 mlrd. 595 mln. 699,93 min ABŞ dolları təşkil edib.

Movqe.az Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 11,35% çoxdur.
 
Bu ilin dörd ayı ərzində idxal əməliyyatları 2 mlrd. 164 mln. 997,72 min dollar olub ki, bu da 2016-cı ilin 4 ayı ilə müqayisədə 16,53% azdır.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 3 mlrd. 430 mln. 702,21 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 41,11% çoxdur.
 
Nəticədə 1 mlrd. 265 mln. 704,49 min dollar məbləğində müsbət saldo yaranıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs