news Image
2017.05.11
22:30
| A A A
Azərbaycan ət idxalını kəskin artırıb
Yeyinti məhsullarının cəmi idxalda payı illik müqayisədə 15,4%-dən 19,1%-ə yüksəlib

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana 412,85 mln. ABŞ dolları həcmində yeyinti məhsulları idxal olunub.

Movqe.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi xəbərə görə, yeyinti məhsulları idxalında 3,17% artım qeydə alınıb.
Hesabat dövründə ət idxalı 2,6 dəfə artaraq 21,177 mln. dollar, süd - 98% artaraq 4,198 mln. dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar - 3% artaraq 20,269 mln. dollar, çay - 23% artaraq 14,003 mln. dollar, şəkər idxalı 11% artaraq 48,101 mln. dollara çatıb. 
Bu müddətdə meyvə-tərəvəz idxalında isə azalma müşahidə olunub. Belə ki, meyvə-tərəvəz idxalı illik müqayisədə 3% azalaraq cari ilin yanvar-aprel ayları ərzində 56,48 mln. dollar, buğda idxalı 48% azalaraq 48,462 mln. dollar təşkil edib.
Qeyd edək ki, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 15,42%-dən 19,07%-ə yüksəlib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs