Əlaqə Arxiv
news Image
2017.05.23
15:26
| A A A
Tümen vilayət dumasının deputatı:"Azərbaycan və Tümen vilayəti yeni əlaqələr qurmaq üçün hər cür imkana malikdir"

Movqe.az xəbər verir ki, Tümen vilayət dumasının deputatı Eduard Ömərovla Azərbaycan KİV nümayəndələri arasında  "Тümen vilayəti: Reallıqlar, potensial, inkişaf" adlı press-tur təşkil olunub. Deputat  jurnalistlərlə görüşüdə qey edib ki, Azərbaycan və Rusiyanın Tümen vilayəti uğurlu əməkdaşlıq üçün yaxşı perspektivlərə malikdir: "Ötən il Tümen vilayətinin qubernatoru Vladimir Yakuşeva  Azərbaycana getməyi təklif etdim, çünki hesab edirəm ki, Bakı və Tümen əməkdaşlıq etməlidir".

O, vurğulayıb  ki, Azərbaycan və Tümen vilayəti yeni kommersiya münasibətlərinin qurulması üçün bütün şanslara sahibdir. "Bizim iqtisadiyyat, istehsalat, elmi araşdırmalarımız oxşar  istiqamətdə inkişaf edir. Rusiyanın bütün regionlarından Tümen vilayəti və Tatarıstan, əslində, Azərbaycan üçün ən yaxındır".

 Eduard Ömərov həmçinin  təhsil və səhiyyə sahələrinin Azərbaycanda fəal inkişafını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan neftçiləri Tümen neft sənayesinin  inkişafına böyük töhfələr vermişdir."Vilayətimizdə Sənaye Universiteti var və neft-qaz sektorunda işləyən çox sayda azərbaycanlı oradan məzun olub. Eyni proses Azərbaycan da da baş verib: ötən əsrin 70-80-ci illərində Bakıda təhsil alan bu sahənin mütəxəssisləri vilayətimə geri dönüb", - E.Ömərov deyib. 

Sonda deputat qeyd edir  ki, press-tur Azərbaycanla Tümen vilayəti arasında əlaqələrin canlanmasında böyük təsir daşıyır.

 

Sizin Reklam Yeriniz