news Image
2017.05.25
15:58
| A A A
Kaxa Kaladze: “Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu böyükdür”

Azərbaycan bizim strateji tərəfdaşımızdır. Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasında da Azərbaycanın rolu böyükdür”.
Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib. 
Nazir deyib ki, Gürcüstan təbii qaza olan tələbatını da Azərbaycanın hesabına ödəyir: “Biz bu gün Azərbaycan qazından aslıyıq. Azərbaycan strateji tərəfdaşımız kimi bizə çox kömək edir. Eyni zamanda, Azərbaycan Gürcüstana böyük həcmdə investisiya yatıran ölkədir”.
Gürcüstanda yeraltı qaz anbarının tikintisinə toxunan nazir söyləyib ki, layihə işlərində bəzi problemlər yaranıb. Ona görə də bu işlər bir qədər ləngiyib: “Bütün prosedur işlər tezliklə başa çatacaq və gələn ilin əvvəllərində qaz anbarının tikintisinə başlayacağıq”. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs