Əlaqə Arxiv
news Image
2017.05.25
19:30
| A A A
OPEC-ə daha bir ölkə qoşulub
Ekvatorial Qvineya OPEC-in yeni üzvü olub

Ekvatorial Qvineya Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) qoşulub.

“Movqe” RİA "Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl Falihi jurnalistlərə bildirib.
"Düşünürəm ki, OPEC-ə üzv olmayan ölkənin təşkilata qoşulması faktı OPEC-in yaxşı işlədiyini göstərir", - deyə nazir qeyd edib.
Qeyd edək ki, mayın 24-25-də Vyanada OPEC və qeyri-OPEC ölkələrinin birgə iştirakı ilə Nazirlər Şurasının 172-ci iclası keçirilir.
Xatırladaq ki, OPEC 1960-cı ilin sentyabr ayında yaradılıb. Əlcəzair, Anqola, Ekvador, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela təşkilatın üzvüdür.

Sizin Reklam Yeriniz