news Image
2013.02.14
16:35
| A A A
Yüksək depozit faizləri kreditləri də bahalaşdırır
Nazim Məmmədov: «Əgər bankın öz şəxsi vəsaiti və Mərkəzi Bankın onlara dəstəyi yoxdursa, o zaman insanların əmanətlərini yüksək faizlə götürüb daha yüksək faizlə pul qazanmaq üçün başqalarına istehlak krediti və digər k

Pulu olan hər kəs gecələri rahat yatmaq üçün əmlakını daha çox inandığı, güvəndiyi banka etibar etməyə çalışır. Bu zaman insanlar düşünürlər ki, yerli və ya xarici banklara üz tutsalar, hansı daha yaxşı və sərfəli olar. Məlumatlara görə, artıq xarici banklara da depozit yerləşdirən Azərbaycan vətəndaşlarının sayı artıb. Məsələ ilə bağlı Movqe.az-a iqtisadçı ekspert Nazim Məmmədov aşağıdakıları bildirib: " Düşünmürəm ki, azərbaycanlılar vəsaitlərini daha çox xarici banklara etibar edirlər. Əksinə, Azərbaycanda bank sektorunda depozitlərə faiz dərəcələri yüksək olduğundan və bir çox obyektiv səbəblərdən bizim vətəndaşlarımız əmanətlərini yerli banklaar qoymağa üstünlük verirlər. Ölkə üzrə ümumi depozit dərəcələri 8-10 faizdir, amma elə depozitlər var ki, 12-15 faizdir. Adətən, xarici banklarda depozitin faiz dərəcəsi heç 2-3 faizi ötmür. Mən güman etmirəm ki, insanlar faiz dərəcəsinin yuxarı olmasına görə xaricə üz tuturlar. Belə ola bilməz. Amma müəyyən insanlar xaricdə vəsait saxlayırlar. Çünki ölkə daxilində 30 min manatdan yuxarı vəsait sığortalanmır və bankların məcmu kapitalları az olduğuna görə iflas olma ehtimalları yüksək dərəcədədir. Ona görə də böyük həcmdə pulları Azərbaycan banklarında saxlamaq problem yarada bilir".

Nazim Məmmədov Azərbaycan banklarının depozit siyasətindən də danışıb: "Azərbaycanda hesab edirəm, depozitlərə görə faizlər yüksəkdir. Onun nəticəsi olaraq kredit faizləri də yüksəkdir. Çünki bank vəsait toplayır, onu da başqa fiziki və ya hüquqi şəxsə verir. Əgər bankın öz şəxsi vəsaiti və Mərkəzi Bankın onlara dəstəyi yoxdursa, o zaman insanların əmanətlərini yüksək faizlə götürüb daha yüksək faizlə pul qazanmaq üçün başqalarına istehlak krediti və digər kreditlər verirlər".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs