Əlaqə Arxiv
news Image
2017.05.25
16:52
| A A A
V.Yakuşev: “Tümen vilayəti Azərbaycana neft-qaz maşınqayırması sahəsində birgə müəssisə yaratmağı təklif edir”

V.Yakuşev “Tümen vilayəti: reallıqlar, potensial, inkişaf” adlı press-tur həyata keçirən Azərbaycanın KİV nümayəndələri ilə görüşüb. "Tümen üçün Azərbaycanla ikitərəfli əlaqələrdə inkişaf prioritetlərdəndir" deyən  Vladimir Yakuşev  “Bugünkü səfər Tümen vilayəti və Azərbaycan arasında çox yaxşı dialoqun davamıdır. Azərbaycanla çox oxşar iqtisadiyyat strukturmuz var. Burada karbohidrogen xammalı - həm hasilat, həm dərin emal, həm də nəqli ilə bağlı bir çox amillər mövcuddur”, - deyə ölkəmizlə Tümen vilayəti arasındakı əlaqələrin inkişaf perspektivliyini vurğulayıb.

Qubernator, neft-qaz maşınqayırması sahəsində birgə müəssisənin yaradılmasının əhəmiyyətini vurğulayıb. “O cümlədən, Bakıda bu varədə danışıqlar olub. Bu gün Azərbaycanda neft-qaz maşınqayırması fəal inkişaf etməyə başlayır, lakin bir sıra istiqamətlər üzrə sullar qalmaqdadır, bu avadanlıq xatricdən alınır. Buna görə bizim təkliflərimiz kifayət dərəcədə maraqlıdır. Düşünürəm ki, burada ortaq nöqtələrimiz var”, - deyə o, bildirib.

Eyni zamanda, V.Yakuşev, “СИБУР Тобольск” iri neft-kimya müəssisəsi tərəfindən azərbaycanlı həmkarlarla əməkdaşlığa marağın olduğunu qeyd edib.

Qubernatorun sözlərinə görə, yaxın zamanda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbrəliyi ilə nümayəndə heyətinin Tümen vilayətinə səfəri gözlənilir.

“Ümid edirik ki, Ş.Mustafayev Azərbaycan şirkətlərinin rəhbərləri ilə Tümen vilayətinə rəsmi səfər edəcək. Biz bu barədə razılığa gələrək detalları müzakirə etmişik. Tümen vilayətində sənaye parkları şəbəkəsi yaradılıb, burada nəzərdə tutulan layihələrin reallaşdırılması mümkündür. Sənaye parklarının rezidentlərinə nəinki torpaq sahələri verilir, həm də onlar müəyyən müddətə əmlak və gəlir üzrə regional vergidən azad edilirlər”, - deyə V.Yakuşev söyləyib. 

Sizin Reklam Yeriniz