news Image
2017.05.31
16:12
| A A A
“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Azneft” İstehsalat Birliyi tərəfindən “Neft Daşları” yatağında hasilatın artırılması üçün yeni quyuların qazılması işləri davam etdirilir.

Movqe.az-a  SOCAR-a istinadən xəbər verir ki, bu günlərdə “Neft Daşları” yatağındakı 2585 saylı stasionar dəniz özülündən 2583 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin X horizontundan fontan üsulu ilə məhsul verib, 2070-2053 metr intervaldan sutkalıq 23 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsitərəfindən həyata keçirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs