news Image
2011.11.30
16:35
| A A A
Transxəzə qaz kəməri reallaşmaq hüququna malikdir

Azərbaycan hesab edir ki, "Transxəzər" qaz kəməri reallaşmaq hüququna malikdir. Bu barədə Astanada Xəzərin hüquqi statusuna dair işçi qrupun 30-cu iclasının yekunları ilə bağlı mətbuat konfransında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov açıqlama verib.


"Azərbaycan tranzit ölkə hesab olunur. Əgər Xəzərlə bağlı gələcəkdə hər hansı bir layihə olarsa, tərəfdaşlarımızla bu layihələr üzrə əməkdaşlığa hazırıq".

X.Xələfov deyib ki, sahilyanı ölkələrin Xəzər dənizində enerji, nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsi üçün suveren hüquqları var.

Xələf Xələfov onu da bildirib ki, Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin növbəti görüşü Naxçıvanda keçiriləcək, hazırda görüşün tarixi razılaşdırılır. XİN rəsmisi deyib ki, nəzərdə tutulmuş üçtərəfli görüşədək yaxın vaxtlarda Tehranda üç ölkənin xüsusi nümayəndələri səviyyəsində görüş keçiriləcək. Görüşdə Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin Naxçıvan görüşünün gündəliyi müzakirə olunacaq.

Qeyd edək ki, XİN rəhbərlərinin bundan əvvəlki görüşü apreldə İranın Urmiya şəhərində keçirilib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs