Əlaqə Arxiv
news Image
2017.06.17
09:00
| A A A
Dolların dünya bazarında mövqeləri laxlayır
Natiq Cəfərli: “Dolların məzənnəsinin enişi iqtisadi məsələlərdən çox siyasi hadisələrlə əlaqəli oldu” Əkrəm Həsənov: “Bu, FES-in konkret siyasətidir”

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşdı. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,75-1%-dən səviyyəsindən 1-1,25%-dək artırıb.

Qeyd edək ki, sonuncu dəfə FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək artırıb. 2016-ci ilin dekabrın 14-də isə tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75% artırılması barədə qərar qəbul edib. 
Proseslərdə diqqət çəkən məqam odur ki, uçot dərəcəsinin artımına baxmayaraq, həm Azərbaycanda, həm də digər  ölkələrdə dollar  bahalaşmadı. Hətta bəzi ölkələrdə dollar ucuzlaşıb. İqtisadçıalrın fikrincə, bu təzad iqtisadi yox, siyasi amillərlə əlaqədardır. Həm də bazarlar əvvəlcədən uçot dərəcəsinin artımına hazır idi. 
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, dolların məzənnəsinin enişi iqtisadi məsələlərdən çox siyasi hadisələrlə əlaqəli oldu: “Çünki Donlad Trampa qarşı Konqresdə, Senatda, hətta hüquq-mühafizə orqanlarında müxtəlif araşdırmalar gedir. Bu da ABŞ iqtisadiyyastında, ABŞ idarəetməsində böhranın yarana biləcəyini ehtiva edir. Dolların məzənnəsinin aşağı düşməsinin əsas səbəblərindən biri bu idi. 
İkinci səbəb Avropa,Yaponiya, İsveçrə mərkəzi banklarının FES-in qərarından əvvəl qabaqlayıcı addımlar atmalarıdır. Buna görə də həmin ölkələrin valyutaları dollar qarşısında güclənməyə başladı. Bundan başqa Böyük Britaniyada Tereza Meyin az səs qazanması da avronun güclənməsinə səbəb oldu. Yəni, son aylarda valyuta bazarında baş verən proseslər siyasi hadisələrlə daha çox əlaqəlidir.  Bu dəfə bazarlar FES-in qərarına əvvəlcədən hazır idi. 
May ayından bəri bütün ekspertlər, mərkəzlər FES-in uçot dərəcəsini artıracağına dair proqnoz verirdilər. Sanki bazar buna hazır idi. Ancaq daha ciddi proseslər payız aylarında olacaq. Hələlik FES-in üçüncü dəfə fazi artırıb- artırmayacağı məsələsində analitiklər iki yerə bölünüblər. Amma payızda gələn artım dünya maliyyə sistemində sürpriz effekt yaradacaq. Üçüncü faiz artımından sonra dolların bahalaşması mümkündür. Azərbaycanda da manatın məzənnəsinin sürətli dəyişməsi payız aylarına təsadüf edəcək. Bu, ilk növbədə neft qiymətlərinin azalması ilə bağlıdır. Həm də Azərbaycanda ənənəvi olaraq büdcə xərcləmələrinin kəskin artması üçüncü rübün sonuna təsadüf edir. Bu da pul dövriyyəsini artırır. Nəticədə valyutaya tələbat artır. Yəni, bizdə də əsas hadisələr FES-in üçüncü dəfə uçot dərəcəsini artırmasından sonra gözlənilir”. 
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, Azərbaycanda milli valyutanın məzənnəsi Mərkəzi Bank tərəfindən idarə edilir: “Ancaq hazırda dolların bahalaşması yalnız FES-in qərarı ilə bağlı deyil. FES-in bu il birinci dəfə uçot dəcərəsini dəyişməsi həmişə kimi plan üzrə idi. İllər ərzində FES uçot dərəcəsini ildə bir dəfə dəyişib. İndi isə ikinci dəfə dəyişiklik etdi. 
Eyni zamanda FES-in üçüncü dəfə uçot dərəcəsini artırma  ehtimalı var. Görünür ki, bu, FES-in konkret siyasətidir. Bütün bunlarla yanaşı, neftin qiymətinin düşməsi amilini də qeyd etməliyik. Neftin qiyməti düşdükcə, dolların məzənnəsi artır. Neftin qimətinin düşməsinin səbəbləri var. Qətər ətrafında baş verən hadisələr neftin qiymətinə təsir edir. OPEC üzvləri neft hasilatının dondurulması ilə bağlı razılığa gəlmişdilər. Lakin Qətər ətrafında baş verən hadisələr OPEC-in qərarı uzatmayacağı ehtimalını yaradıb. Eyni zamanda ABŞ-ın neft ehtiyatlarının çox olması amili var. ABŞ-ın daha çox neft satacağı proqnozlaşdırılır. Buna görə də dolların qiyməti qalxa bilər. Əvvəllər bazarlar FES-in qərarına hazır idisə, artıq qurum ənənəvi üsulunu pozub”.
Mübariz BAYRAMOV 

 

Sizin Reklam Yeriniz