news Image
2017.07.17
15:23
| A A A
"Günəşli" yatağındakı 11 saylı platformada yenidənqurma yekunlaşıb

SOCAR-ın “Neftqaztikinti” tresti tərəfindən ''Günəşli” yatağındakı 11 saylı Dərin Dəniz Özülündə (DDÖ) aparılan yenidənqurma işləri tamamlanıb.

Movqe.az SOCAR-ın saytına istinadən xəbər verir ki, DDÖ-də əlavə 4 quyunun qazılması üçün nəzərdə tutulan layihə “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında həyata keçirilir. Məqsəd yataqda qazılacaq yeni quyuların keyfiyyətli istismarını, neftin və qazın hasilatının və nəqlinin sabit saxlanılmasını təmin etməkdir. Layihə çərçivəsində 4 kompleks üzrə tikinti-quraşdırma işləri yerinə yetirilib.

4 ədəd quyu şaxtası və 4 ədəd istiqamətləndirici boru layihə dərinliyinə vurulub, sementlənmə işləri icra olunub. Yeni monifold blokunun yığılması, texnoloji xətlərin çəkilməsi, qazpaylayıcı qurğunun quraşdırılması və mövcud sistemlə əlaqələndirilməsi işləri görülüb.

Yenidənqurma işləri təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Tikinti-quraşdırma prosesi başa çatdıqdan sonra obyekt üzrə Dövlət Qəbul Komissiyası keçirilib və istismara təhvil verilib. Yeni 4 quyunun hər biri üzrə sutkada 80 ton neft və 10.000 kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs