Əlaqə Arxiv
news Image
2017.07.18
18:14
| A A A
Bakı-Şamaxı-Yevlax yolunda 9 yerüstü, 19 yeraltı piyada keçidi inşa olunur - FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 27-100-cü km-lik hissəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə "Azəravtoyol" ASC tərəfindən 7 yerüstü piyada keçidi inşa edilir.

Qurumdan Movqe.az-a verilən məlumata görə, yeni yerüstü piyada keçidlərindən biri yolun Qaradağ rayonu Müşviqabad qəsəbəsindən keçən hissəsində, digərləri isə Qobustan rayonunun ərazisində yerləşirlər:

1. 27,3-cü km, Qaradağ rayonu Müşviqabad qəsəbəsi,

2. 56,7-ci km, Qobustan rayonu Cəngi kəndi,

3. 79,2-ci km, Qobustan rayonu Şıxzahırlı kəndi,

4. 86,1-ci km, Qobustan rayonu Arabu kəndi,

5. 91,7-ci km, Qobustan rayonu Nərimankənd kəndi,

6. 92,7-ci km, Qobustan rayonu,

7. 99-cu km, Qobustan rayonu.

Bütün piyada keçidləri 2 aşırımlı, üstü açıq və metal konstruksiyadan ibarətdir. Yer səthindən hündürlükləri 5,5 m, qalereyasının eni isə 3 m təşkil edir. Pilləkən hissə ilə bərabər uzunluqları 35,5-46,7 m arası dəyişir.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Cəngi kəndi ərazisində yerləşən piyada keçidinin inşası artıq yekunlaşaraq vətəndaşların istifadəsinə verilib, digər ərazilərdə isə işlər yekunlaşmaq üzrədir. 

Piyada keçidlərinin inşası ilə bağlı görülən işlər tam yekunlaşdıqdan sonra ətrafında abadlıq işlərinin aparılması, avtobus dayanacaqlarının qoyulması və sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün xüsusi "cib"li  hissələrin yaradılması və zəruri yol nişanlarının quraşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 1-ci texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilən 23-101-ci km-lik hissəsində 9 yerüstü piyada keçidindən əlavə, 19 yeraltı keçidin də inşası aparılır.

Sizin Reklam Yeriniz