Əlaqə Arxiv
news Image
2017.07.20
10:46
| A A A
Azərbaycan Türkiyəyə yatırımlarını 20 mlrd. dollara çatdıracaq

"2020-ci ilədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 mlrd. dollar yatırmağı planlaşdırır". 

Movqe.az "APA-Economics"- ə istinadən xəbər verir ki, bunu Türkiyə-Azərbaycan İşgüzar Şurasının sədri Selçuk Akat bildirib.

"Petkim Petrokimya Holding A.Ş."-nin əsas səhmdarı olan SOCAR Türkiyəyə yatıracağı investisiyaların həcmi ilə bağlı hədəfini 18 mlrd. dollardan 19,5 mlrd. dollara çatdırdığı halda demək olar ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 2020-ci ilədək 20 mlrd. dollar yatıracaq. Əlbəttə, bu yatırımların əksəriyyəti SOCAR-ın payına düşəcək. SOCAR İzmirin Aliağa qəsəbəsinə 17 mlrd. dollar yatırmaq niyyətindədir", - deyə o bildirib.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminə toxunan S. Akat qeyd edib ki, cari ilin yanvar-may ayları ərzində bu göstərici 650 mln. dollar təşkil edib: "2000-ci ildə ticarət dövriyyəmiz 326 mln. dollar idi. 2006-cı ildə bu rəqəm 1,035 mlrd. dollara, 2013-cü ildə isə 3,3 mlrd. dollara çatdı. Ötən il ticarət dövriyyəmiz 1,6 mlrd. dollaradək azaldı. Sirr deyil ki, bu rəqəmlər real potensialı əks etdirmir. Artıq iqtisadi potensialımızı reallaşdırmağın zamanıdır".

Sizin Reklam Yeriniz