Əlaqə Arxiv
news Image
2017.07.20
15:23
| A A A
Rövnəq Abdullayev: 2023-cü ilədək SOCAR Türkiyədə ikinci neft-kimya layihəsini reallaşdırmağı planlaşdırır

2023-cü ilədək SOCAR Türkiyədə dəyəri 3 milyard dollar olan ikinci neft-kimya layihəsini reallaşdırmağı planlaşdırır.

Movqe.az-ın məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Anadolu" agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, bu layihəyə "Star" Neft Emalı Zavodunun tikintisinin yekunlaşmasından sonra başlamaq nəzərdə tutulur:

"Bu gün SOCAR-ın Türkiyədəki investisiyaları təqribən 19,5 milyard dollara çatıb, onların bir qismi "Star" NEZ-ə yatırılıb".

R.Abdullayev əlavə edib ki, tikinti işləri artıq 90 faiz başa çatıb.

Trend

Sizin Reklam Yeriniz