Əlaqə Arxiv
news Image
2017.07.25
08:21
| A A A
Qızıl bazarının müştəriləri azalıb
Yaşar Əsədov: “Bu tendensiyanı təkcə qızıl bzarında deyil, məişət bazarında da izləmək olar”

Son dövrlər qızıl satıcıları müştərilərin azlığından şikayətlənir. Hətta Ramazan bayramından sonra belə bu sahədə ciddi aktivlik müşahidə edilmir. Qızıl almağa gələn müştərilərin sayı əvvəlki ilin anoloji dövrü ilə müqayisədə bir qədər azalıb. Bu, nə ilə bağlıdır və belə vəziyyət qızıl bazarına, buradakı qiymətlərə nə vəd edir? 

Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov qızıl alan müştərilərin sayında azalmanın olmasını əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsilə əlaqələndirdi: “Azərbaycan qızıl bazarı əslində. dünya bazrından təcrid olunmuş şəkildə fəaliyyət göstərmir. Ölkəmizin bu bazarı dünya bazarı ilə əlaqəlidir. Bu mənada Azərbaycan qızıl bazarındakı qiymətlər dünya bazarındakı qiymətlərdən heç bir halda aşağı ola bilməz. Qızıl satıcılarının müştəri azlığı ilə bağlı şikayətlərinə gəldikdə isə, bu tendensiyanı statistik rəqəmlərə uyğun olaraq əhalinin faktiki real gəlirlərinin aşağı düşməsilə əlaqələndirmək olar. 
Əhalinin real gəlirlərinin təxminən 70-75 faizi ərzaq bazarı tərəfindən udulur. Təbii ki, müəyyən təbəqə var ki, onların qızıl, qiymətli daşlar, hətta bahalı avtomobillər belə almağa hər cür imkanları var. Amma müəyyən sayda insanların  alıcılıq qabiliyyəti aşağıdır. Bu tendensiyanı təkcə qızıl bzarında deyil, məişət bazarında da izləmək olar. Onlar da alıcıları cəlb etmək üçün bir sıra mühüm güzəştlərə getməli olurlar. Lakin buna baxmayaraq, alıcılıq qabiliyyətinin aşağı olması fonunda yenə də müştəri azlığı ilə üzləşməkdə davam edirlər”.
Lakin həmsöhbətimiz qızıl alan müştərilərin sayının azalmasının ölkəmizdə bu məhsulun qiymətinin enməsinə gətirib çıxaracağını düşünmür: “Bu prosesin heç bir halda qiymətlərə təsiri olmayacaq. Azərbaycan özü qızıl məmulatları istehsal etmək sahəsində böyük imkanlara malik deyil. Ölkəmizə bu məmulatlar xaricdən gətirilir. Bu prosesdə də Türkiyə liderdir. Çünki gətirilən qızıl əsasən Türkiyənin payına düşür. Türkiyədəki qiymətlər isə dünya bazarına uyğunlaşdırılan bir qiymətlər mövcuddur.  Yəni, bu mənada ölkəmizə gətirilən qızılın qiyməti də ondan aşağı düşə bilməz. Bunları deməklə onu qeyd etmək istəyirəm ki, qızılın qiyməti ümumiyyətlə, Azərbaycanda formalaşmır. Təbii ki, qızıl ticarətilə məşğul olan satıcılar gəlir əldə etmək üçün əlavə qiymət qoymaqla gətirdikləri malı satmalı olurlar”. 
 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz