Əlaqə Arxiv
news Image
2017.07.28
09:00
| A A A
Azərbaycanda yeni növ aqrar məhsulların istehsalı aktullaşır
Qadir Bayramlı: “Dünyada gedən rəqabət mühiti yeni növ və çeşidli məhsul istehsalını tələb edir” Əli Əlirzayev: “Yeni növ və yeni çeşidli məhsulların ölkəmzidə istehsalı mümkündür, həm də bu vacibdir”

Azərbaycanda ənənəvi sayılan aqrar məhsulların istehsalı artır. İndi fikirlər səslənir ki, yeni növ və çeşiddə aqrar məhsulların istehsalına xüsusi diqqət yetirilməlidir. Xüsusən də aran rayonlarında az su tələb edən yeni aqrar məhsul istehsalı vacib sayılır. Bu mümkündürmü?
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, Azərbaycanda da yeni növ və çeşidli məhsulların istehsalına ciddi ehtiyac var: “Azərbaycanda yeni növ və yeni çeşidli məhsulların istehsalı mümkün olmaqla yanaşı, lazımdır. İlk növbədə Azərbaycanda yeni növ və yeni çeşidli məhsulların yetişdiriləcəyi bölgələrin iqtisadi-coğrafi şərtləri öyrənilməlidir. Çünki bunu etmədən yeni növ məhsul istehsalı da mümkün deyil. 
Son zamanlar yeni toyuq cinslərinin yetişdirilməsi məsələsi də gündəmə gəlib, bu istiqamətdə müəyyən addımlar atılıb. Dünyada gedən rəqabət yeni növ və çeşidli məhsul istehsalı və bu istehsalın artırılmasını tələb edir. Bunun üçün də ölkəmizdə hər cür şərait var. Amma önəmli olan bölgələrin vəziyyətini, iqtisadi-coğrafi şərtləri  öyrənməkdir. Öyrənildikdən sonra da bu məhsulların yetişdirilməsinə başlanıla bilər. Digər tərəfdən, bu istiqamətdə dünya ölkələrinin təcrübəsi də öyrənilməlidir. Çünki ölkəmizdə bu məsələ yenidir. Azərbaycan üçün zəruri olan bir sıra ənənəvi məhsullar var ki, onların yetişdirilməsinə xüsusi diqqət yetirilməlidir. Bu ənənəvi məhsullar sırasında ilk yeri yaşıl çay tutur. Zamanında Azərbaycanda ildə 36 min ton çay istehsal edilib. Son illər isə 500 tona qədər enib. Habelə cənub bölgəsində subtropik meyvələrin yetişdirilməsi üçün də şərait vardır. Ona görə də sitrus meyvələri üzrə sahələri genişləndirməliyik. Bununla da çay və sitrus müyvələrinin böyük miqdarda idxalı prosesindən xilas ola bilərik. Bu istiqamətdə imkan və təcrübəmiz var. Mandalin, kivi yetişdirməyə imkan var. Sadəcə, cənub bölgəsinin inveritarizasiyası keçirilməlidir. Müəyyən bölgələrdə miqroiqlim zonaları da yaradıla bilər. İndi Azərbaycan çoxlu miqdarda çəltik idxal edir. Həmin idxalı önləmək üçün isə bir çox bölgələrdə çəltik əkini və istehsalını genişləndirmək olar. Həmçinin, qida təhlükəsizliyi nöqteyi-nəzərindən oqranik kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə diqqət etməliyik. Azərbaycan keçmiş sovet məkanında ən çox gül yetişdirən bölgə olub. Lakin son zamanlar dünyada tələb olunan bu məhsul Azərbayanda azalıb. «Brokoli» adlı bir çox təhlükəli xəstəliklərin dərmanı olan bitkinin də ölkəmizdə yetişdirilməsi mümkündür. Həmin bitkini böyük sahələrdə yaymaq olar, çünki ona tələb çoxdur”.  
İqtisadçı alim Əli Əlirzayev də məsələyə müsbət yanaşdı: “Dünyada kənd təsəttüratı texnologiyaları, gübrə istehsalı inkişaf edir. Kənd təsərrüfatı məhsulları sahələri də dəyişərək yeni innovasiya xarakteri kəsb edir. Bu mənada da yeni növ və yeni çeşidli məhsulların ölkəmzidə istehsalı mümkündür, həm də bu vacibdir. Dünya da məhz bunun üzərində qurulub. Bazarda da daimi olaraq yeni növ məhsullara tələbat artır. Azərbaycan da bu istiqamətdə irəliləyir. Rəqabət mühiti də məhz yeni növ məhsullara və onların çeşidinə daha ciddi önəm verməyi tələb edir. Bu istiqamətdə ciddi dönüş olması üçün innovasiya xarakterli istehsal olmalıdır. Torpağın kimyəvi-aqrotexniki baxımından becərilməsi lazımdır. Torpaqşünaslıq inkişaf etdirilməlidir. Yəni texnoloji, texnogen və təşkilatı məsələlərin həlli lazımdır».  
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz