Əlaqə Arxiv
news Image
2017.08.15
17:19
| A A A
Dövlət büdcəsi kəsirlə icra olunub

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2017-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 9410,7 mln. manat vəsait daxil olub.

Dövlət Statistika Komitəsindən movqe.az-a verilən məlumata görə, büdcədən 9765,6 mln. manat vəsait xərclənib. Büdcənin icrasında yaranmış 354,9 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,9%-i səviyyəsində olub. 

2017-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,5% artaraq 27716,9 mln. manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 2853,4 manat təşkil edib. Bu dövr ərzində gəlirlərin 85,9%-i son istehlak xərclərinə, 8,4%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,8%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 25373,5 mln. manatlıq vəsait qalıb.

Sizin Reklam Yeriniz