Əlaqə Arxiv
news Image
2017.09.19
12:20
| A A A
"Turan"-a qarşı vergi sanksiyası bərpa edilib

Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan" İnformasiya Agentliyinə 2014-17-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib.

Movqe.az-ın xəbərinə görə, bu barədə "Turan" agentliyi məlumat yayıb. Bildirilir ki, bununla bağlı sentyabrın 18-də agentliyin elektron poçtuna Vergilər Nazirliyindən sentyabrın 15-i tarixi ilə məktub daxil olub. 

Məktubda deyilir ki, agentliyin 27 min 253 manat borcu və daha 9.294 manat faiz borcu var.

Qeyd edək ki, sentyabrın 12-də nazirliyin həmin departamentindən 11 sentyabr tarixi ilə agentliyə məktub daxil olub ki, "Turan"ın hər hansı vergi borcu və ya cərimə sanksiyası yoxdur.

Sizin Reklam Yeriniz