Əlaqə Arxiv
news Image
2017.09.20
15:29
| A A A
“Azəri-Çıraq-Günəşli” blokunda ilk neft hasilatı 2023-cü ildə başlaya bilər

“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda quraşdırılacaq yeni platformadan ilk neft hasilatı 2023-cü ildə başlaya bilər.

Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin yüksək vəzifəli nümayəndəsi deyib.

Onun sözlərinə görə, yeni platforma üzrə investisiya qərarı 2019-cu ildə qəbul edilə bilər: “Platformanın tikintisi də daxil olmaqla layihənin ümumi dəyəri ilkin olaraq 8-9 milyard həcmində qiymətləndirilir”.

 



     

 

 

Sizin Reklam Yeriniz