Əlaqə Arxiv
news Image
2017.09.22
15:15
| A A A
"Günəşli" yatağındakı 115 nömrəli quyu istismara qaytarılıb

“Azneft” İstehsalat Birliyinin (İB) “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunan “Günəşli” yatağındakı 3 saylı dərin dəniz özülündən 115 nömrəli quyu əsaslı işlərdən sonra istismara qaytarılıb.

Movqe.az SOCAR-ın saytəna istinadən xəbər verir ki, məhsuldar qat çöküntülərinin VI horizontundan fontan üsulu ilə məhsul vermiş quyu 2291-2234 metr intervaldan gündəlik 190000 kubmetr qaz və 5 ton kondensat hasilatı ilə istismara daxil edilib.

Ümumiyyətlə, cari ilin əvvəlindən “Günəşli” yatağındakı fəaliyyətsiz fondda olan 45 quyu gərgin araşdırma və əməliyyatlardan sonra istismara daxil edilib. Bu quyulardan cari ilin yanvar-avqust ayları ərzində ümumilikdə 125,6 milyon kubmetr qaz və 167,6 min ton neft hasil edilib.

Sizin Reklam Yeriniz