Əlaqə Arxiv
news Image
2017.10.05
20:30
| A A A
Bu il Ceyhandan 19 mln. tondan artıq Azərbaycan nefti dünya bazarına çıxarılıb
İndiyədək Ceyhan limanından dünya bazarına 339 mln. ton Azərbaycan nefti yola salınıb

Bu ilin sentyabr ayı ərzində 1 901 415 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, bu həcmin 1 204 943 tonunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 19 140 954 ton olub. Bu həcm isə illik müqayisədə 13% azdır.
Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il, iyun) 2017-ci il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 338 975 553 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.
Qeyd edək ki, Azərbaycan nefti BTC boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Sizin Reklam Yeriniz