Əlaqə Arxiv
news Image
2017.10.11
11:49
| A A A
Azərbaycanda illik inflyasiya 13,9%-ə düşüb
Aylıq inflyasiya 0,7% olub

Azərbaycanda 2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsulları və xidmətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9% bahalaşıb.

“Movqe” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
O cümlədən, ərzaq məhsullarının qiymətləri 17,9%, qeyri-ərzaq mallarının qiymətləri 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6% artıb. Cari ildə ilk dəfə olaraq istehlak qiymətləri indeksi 0,1 faiz bəndi aşağı düşüb.
Bununla yanaşı, cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz artıb.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq mallarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6% yüksəlib.
Cari ilin avqust ayında iyula nisbətən istehlak məhsulları və xidmətləri 0,2%, o cümlədən ərzaq məhsulları 0,3%, qeyri-ərzaq malları 0,1%, əhaliyə göstərilən ödənişli xidmətləri 0,2% bahalaşıb.

Sizin Reklam Yeriniz