Əlaqə Arxiv
news Image
2017.10.11
12:12
| A A A
Azərbaycan Almaniyaya 120 mln. dollar sərmayə yatırıb
Azərbaycan-Almaniya ticarət dövriyyəsi bu ilin 8 ayında 500 mln. dolları keçib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 500 mln. dolları keçib. "Movqe" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Almaniya-Azərbaycan biznes-forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

S.Balayev qeyd edib ki, Azərbaycanla Almaniya arasında birbaşa investisiyaların həcmi 600 mln. dollara bərabərdir: "Almaniyanın Azərbaycanda 200-dən artıq şirkəti qeydiyyatdan keçib. Məndə olan məlumata görə, Almaniyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 460 mln. dollara bərabərdir. Bizim sahibkarlar da sürətlə investisiya yatırır və bu investisiyaların həcmi artıq 120 mln. dollara çatıb".

report

Sizin Reklam Yeriniz