news Image
2017.10.12
11:10
| A A A
İpoteka ilə bağlı yeni qaydalar təsdiqləndi

Baş nazir Artur Rasizadə ipoteka kreditləri ilə bağlı yeni qaydaları təsdiq edib.

Movqe.az Qafqazinfoya istinadən xəbər verir ki, "Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası" yalnız dövlətin payı olan banklara şamil edilir. 

Qaydalar "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanının 9.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə təsdiq edilib. 
 
Prezident həmin fərmanla Nazirlər Kapinetinə, nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi qaydasını müəyyən etməyi tapşırmışdı.
 
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankında və Azər Türk Bankda dövlətin payı var. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs