Əlaqə Arxiv
news Image
2017.10.12
21:30
| A A A
Azərbaycan İrana dizel ixrac edə bilər

"Azərbaycan istehsalı olan dizel yanacağı İrana ixrac oluna bilər".

"Movqe" xəbər verir ki, bunu SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə bildirib.
 
Onun sözlərinə görə, Azərbaycan daxili tələbatı tam ödədiyi üçün İrana benzin tədarük edir: "Azərbaycan istehsalı olan "mavi yanacağı" isə almaq onların istəyincə deyil. Azərbaycan istehsalı olan dizel yanacağı İran tərəfinə ixrac oluna bilər. Biz bu təklifə müsbət baxırıq. Biz onlara keyfiyyət nümunəsi və qiymətləri təklif etmişik. Hazırda İran tərəfi bu təklifləri nəzərdən keçirir".

Sizin Reklam Yeriniz