Əlaqə Arxiv
news Image
2017.10.19
10:46
| A A A
Vahid Əhmədov: “Biznesin yoxlamaları 2021-ci ilə qədər dayandırılacaq”

“Dövlət başçısı Milli Məclisə “Sahibkarlıq fəaliyyətinin yoxlamalarının 2021-ci ilə qədər dayandırılması haqqında” yeni qanun layihəsi yollayıb”. Bunu Milli Məclisin deputatı Vahid Əhmədov bildirib: "Qanun layihəsinə əsasən, sahibkarlıq fəaliyyətinin yoxlamaları noyabrın 1-dən başlayaraq 4 il müddətinə nəzərdə tutulub".

Onun sözlərinə görə, bu müddət rzindı yalnız vergi yoxlamaları və təhlükəsizlik baxımından və dövlətin iqtisadi maraqları, insanların həyat və sağlamlıqlarına təhlükə olduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparıla bilər.

Deputat bildirib ki, bu yoxlamalar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq. Bundan başqa, yeni qanun ərzaq məhsullarının və dərmanların keyfiyyətinin yoxlamalarını məhdudlaşdırmır.

Sizin Reklam Yeriniz