Əlaqə Arxiv
news Image
2017.10.23
09:53
| A A A
“Şəffaf və hesabatlı özünüidarəetmə güclü yerli icma, güclü Azərbaycan deməkdir”devizi altında dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeni sosial-iqtisadi çağırışlar fonunda yerli özünüidarəetmə orqanlarının (bələdiyyələr) fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi tədbirlərinin təşkili” layihəsinin çərçivəsində 20 oktyabr 2017-ci il tarixində Quba şəhərində“Şəffaf və hesabatlı özünüidarəetmə güclü yerli icma, güclü Azərbaycan deməkdir”devizi altında dəyirmi masa keçirilib. Movqe.az xəbər verir ki, tədbirdə Quba rayonunun ayrı-ayrı icma nümayəndələrini təmsil edən yerli özünüidarəetmə qurumlarnın nümayəndələri iştirak edib. 

Tədbirin keçirilməsində məqsəd post neft dövründə Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin daha mütərəqqi formada təşkili və onların fəaliyyətində effektivliyin artırılması üçün hesabatlılıq, ictimai nəzarət amilinin əhəmiyyətini bir daha gündəmə gətirməkdir. 
Tədbiri giriş sözü ilə açan Rəşad Həsənov daha sonra ölkə üzrə mövcud vəziyyət, bələdiyyələrin hesabatlılığı, qanunvericiliyin tələbləri, vətəndaşların, icma nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakçılığı imkanları, bu sahədə beynəlxalq təcrübə, yeni, mütərəqqi mexanizmlərin formalaşdırılması kimi məsələləri əhatə edən geniş təqdimatla çıxış edib. Daha sonra müzakirələr aparılıb və xüsusi ilə də yerli özünüidarəetmə orqanlarının ictimai reputasiyasının yaxşılaşdırılması istiqamətində mühüm amil olduğu qənaəti iştirakçılar tərəfindən də birmənalı olaraq qəbul edilib. 
Bələdiyyə nümayəndələri əksər qurumların rəsmi veb səhifələrinin təşkil edilməməsində əsas problemin maliyyə çatışmazlığı olduğunu dilə gətirərək yerli vergilərin toplanmasına ciddi problemlərin olması və bu problemlərin həlli mexanizmlərinin zəif inkişaf etdiyini bildiriblər. 
Sonda isə Rəşad Həsənov müzakirələr zamanı səsləndirilən təkliflərin İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən hazırlanancaqtəkliflər poketinə əlavə ediləcəyini və bundan sonra da idarəetmədə şəffaflığın artırılması, ictimi iştirakçılığın gücləndirilməsi istiqamətində fəlaiyyətin davam etdiriləcəyini qeyd edərək tədbiri sonlandırıb.  

Sizin Reklam Yeriniz