Əlaqə Arxiv
news Image
2017.10.26
10:00
| A A A
Azərbaycan cari ilin 9 ayı ərzində Ukraynaya 8,6 min ton aviayanacaq ixrac edib
Ukrayna təyyarə yanacağı idxalını 2,7 dəfə artıraraq 234,3 min tona çatdırıb

Azərbaycan cari ilin yanvar-sentyabr ayları ərzində Ukraynaya 8,6 min ton aviayanacaq ixrac edib.

“Movqe” xəbər verir ki, bu barədə "A-95 – Konsaltinq qrupu"nun məlumatında bildirilir.
Ukrayna ötən ilin analoji dövrü ilə müqayisədə təyyarə yanacağı idxalını 2,7 dəfə artıraraq 234,3 min tona çatdırıb.
Aviayanacaq idxalının əsas həcmi - 62%-i dəniz vasitəsi ilə daşınmanın payına düşüb. Yanacağın qalan 38%-i dəmir yolları vasitəsi ilə ölkəyə gətirilib.
Əsas xarici tərəfdaşlar siyahısında birinci yerdə Litva qərarlaşıb (73,9 min ton). Siyahıda Belarus (14,8 min ton), Səudiyyə Ərəbistanı (63,3 min ton), İtaliyanın (64,4 min ton) da adı var.

Sizin Reklam Yeriniz