Əlaqə Arxiv
news Image
2017.11.15
07:00
| A A A
Köhnə avtomobillərə artan tələb onları bahalaşdırır
Azər Allahverənov: “İli köhnə olan avtomobillərə hələ də ciddi ehtyac var və ehtiyat hissələri də xaricdən gətirilir”

Son günlər ili köhnə olan avtomobillərin qiymətində müəyyən bahalaşma halları müşahidə edilir. Bu tendensiya özünü həmin avtomobillər üçün ehtiyat hissələri satışında da göstərməkdədir. Ümumiyyətlə, bazarda ili köhnə tarixli maşınlara tələbat artıb. Belə vəziyyətin yaranmasına səbəb nədir?

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, ili köhnə olan avtomobillərin və ehtiyat hissələrinin qiymətində artımların olması həmin maşınlara hələ də ehtiyac olmasından və ehtiyat hissələrinin idxal edilməsindən qaynaqlanır: “Ehtiyat hissələrinin qiyməti qalxıbsa, bu, onu göstərir ki, ölkədəki avtomobil parklarında ili köhnə olan avtomobillərə hələ də ciddi ehtyac var və həmin nəqliyyat vasitələri istismar olunmaqda davam edir. Satışa çıxarılan və ili köhnə olan avtomobillərin qiymətində artımlar baş veribsə, bu hal istər-istəməz özünü ehtiyat hissələrinin qiymətində də göstərir. Çünki ortada tələblə təklif münasibətləri məsələsi var və burada artıq tələb təklifi üstələyir. Ona görə də istər-istəməz ehtiyat hissələrinə ehtiyac olduğundan qiymət bahalaşması müşahidə olunur. 
Digər tərəfdən, həmin ehtiyat hissələri xaricdən gətirilir. Xaricdən gətirildiyindən də valyuta ilə əldə olunur.  Valyutalararası məzənnənin qiymətinin dəyişməsi də bu və yaxud digər formada xaricdən idxal olunan ehtiyat hissələri üzrə qiymətlərin bahalaşmasına səbəb olur. 
Bəzi ölkələrdə gömrük xidmətlərində baş verən dəyişikliklərin də satışa çıxarılan ehtiyat hissələrin qiymətlərinə müəyyən mənada təsir göstərir. Köhnə avtomobillər üçün nəzərdə tutulan təzə ehtiyat hissələrinin qiymətindəki artımlar məhz bu məsələ ilə əlaqədardır. Bir tərəfdən ona həm ehtiyac var, digər tərəfdən də, valyuta ilə alınıb ölkə daxilində manatla satıldığından müəyyən mənada qiymətlərə bahalaşma istiqamətində təsir göstərir”. 
Digər ekspert Seymur Yunusov qeyd etdi ki, avtomobil ehtiyat hissələrinin qiymətində baş qaldıran artımlar idxal malından rüsumun  əvvəllər kiloqrama görə alınması əvəzinə, hazırda hər ədədinə görə alınması ilə bağlıdır: “Əvvəllər ehtiyat hissələrinə görə vergi rüsumu gətirilən malın kiloqramına görə tutulurdu.  İndi isə hər bir mala görə bəyannamə tərtib olunur və gömrük rüsumu tutulur.  Məhz ədəd hesabı ilə rüsum tutulmasına keçildiyindən ehtiyat hissələrinin qiymətində artımlar baş verir. Bu da öz növbəsində təsirini avtomobillərin qiymətinə də göstərə bilər”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz