Əlaqə Arxiv
news Image
2017.11.15
15:55
| A A A
Beş ölkənin nəqliyyat dəhlizi yaradılır

 

Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən “Lyapis-lazur” nəqliyyat dəhlizinin yaradılması barədə saziş imzalanıb.

Movqe.az xəbər verir ki, sənədlər Əfqanıstana dair VII Regional İqtisadi Əməkdaşlıq Konfransı çərçivəsində imzalanıb.

Beş ölkəni birləşdirən dəmir və avtomobil yolları Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Aşqabadla, sonra Xəzər dənizindəki Türkmənbaşı limanı ilə birləşdirəcək. Eyni zamanda dəhliz Xəzərdən Bakıya, Tbilisidən Poti və Batumiyə. Oradan isə Ankaraya və İstanbula qədər uzanacaq.

Qeyd edək ki, büdcəsi 2 milyard dollar olan nəqliyyat dəhlizinin yaradılması barədə məsləhətləşmələr 2012-ci ildə başlanılıb. 

azvison.az

 

Sizin Reklam Yeriniz