Əlaqə Arxiv
news Image
2017.11.21
13:45
| A A A
Azərbaycan özünüməşğulluq proqramını genişləndirir

 Azərbaycanda qarşıdakı illərdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəd olacaq, özünüməşğulluq proqramı genişləndiriləcək. Movqe.az  xəbər verir ki, bu barədə parlamentin bugünkü plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, gələn il aqrar sektorda 6,2% artım gözlənilir: "Aqroparklardakı işlər üçün 133 mln. manmat dövlət investisiyası olmaqla 219 mln. manat vəsait ayrılıb".

Ş.Mustafayev əlavə edib ki, 2018-ci ildə xidmət sektorunda 2,7%, turizm sahəsində 6,6%, nəqliyyat sektorunda isə 2,5% artım proqnozlaşdırılır.

Sizin Reklam Yeriniz