Əlaqə Arxiv
news Image
2017.11.23
17:13
| A A A
Cavid Qurbanov: "Biz Naxçıvandan yüklərin Qars üzərindən daşınmasını planlaşdırırıq"

 "Gələn il Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişin daşınmasına başlanılacaq".

Movqe.az xəbər verir ki, bunu" "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib. 

Onun sözlərinə görə, artıq sərnişindaşımanın tarifləri müəyyən olunub: "Bununla bağlı “Azərbaycan Dəmir Yolları”nın saytında ətraflı məlumat yerləşdirilib və hər kəs daxil olub baxa bilər. Qiymətlər hər bir təbəqənin büdcələrinə uyğun müəyyənləşdirilib". 

C.Qurbanov deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk qatar yola salınıb: "Hazırda işlərimiz davam edir. Qazaxıstandan yeni iki qatar yoldadır və gələcək. Biz Naxçıvandan yüklərin Qars üzərindən daşınmasını planlaşdırırıq, sadəcə, biraz zamana ehtiyacımız var. İnşallah, gələn il qatarlarımız aktiv iş qrafikində işləyəcək. Gələn ilə hədəflərimiz böyükdür. Bu məsələ vaqonların tikilməsindən asılı olan bir şeydir, yəni bizdən asılı deyil. Sifarişləri vermişik, bəzi kiçik problemlər olmuşdu, həll olundu. Vaqonlar gəlsin, biz qrafikli olaraq işləyəcəyik. Yollarda bizə mane olacaq heç bir problem qalmayıb. Əsas vaqonların gəlməsidir".

Qeyd edək ki, C.Qurbanov İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) “Transmilli nəqliyyat dəhlizlərinin inkişaf perspektivləri” mövzusunda 33-cü iclasında iştirak edir. 

Sizin Reklam Yeriniz