news Image
2013.03.13
15:52
| A A A
Şəbəkə marketinqinin gizlin tərəfləri
Müsahibizim İqtisadi və Sosial İnkişaf Mərkəzinin üzvü, gənc iqtisadçı Nicat Hacızadədir. Nicat Hacızadə son zamanlar həm dünyada, həm də ölkəmizdə yayılmış şəbəkə marketinqi barəsində danışdı.
Qeyd edim ki, şəbəkə marketinqi ilk öncə Latın Amerikasında yaranıb, sonra isə getdikcə ABŞ-da yayılmağa başlayıb və inkişaf edib. Sonradan Amerikada bu marketinqə qadağa qoyulub. Təqiqatlarımız göstərir ki, bu gün demək olar, şəbəkə marketinqi inkişaf etmiş ölkələrdə zəif, inkişafda olan ölkələrdə isə yaxşı inkişaf edib. Səbəb də əhalinin buna inanc və işsizlik məsələsidir. Bu biznesin gəlir qazanma xüsusiyyəti piramida üsulu ilə fərqlənir. Misal üçün, 1 nəfər gəlir, sonra isə o bir nəfər özü ilə bir nəfər gətirməlidir. Bir sözlə, piramida sistemi yaranır. Əsasən dünyada məşhurları dərman malları, kosmetik və qızıl ləvazimatlarıdır. Qeyd edim ki, son zamanlar bu şəbəkəyə qoşulanların sayı artıb və ictimaiyyət elə bilir ki, çox insan bura gəlirsə, demək burada yaxşı qazanc var, amma nəticələr fərqlidir. Təəssüflər olsun ki, nə qədər insanların buradan ziyanla, borcla çıxmalarından xəbərsizdir. Tədqiqatlardan məlum olur ki, dərman məhsulları piramida vasitəsi ilə satanlar cəmiyyət tərəfindən birmənalı qarşılanmırlar. Orada dərmanı təqdim edib, onun xeyrindən danışanlar ixtisası həkim olanlarla yanaşı, memar, iqtisadçı, orta məktəb müəllimi, orta təhsil səviyyəsinə sahib və hətta heç bir ixtisasa sahib olmayanlar da var. Sizcə, bu peşə sahibləri bədənin sağlamlığı, necə müalicə olunması barədə nə qədər məlumatlıdırlar? Təqdim olunan dərmanlar guya insan orqanizminin müxtəlif hissələrinə aiddir. Çox gülüncdür. Hətta həkimlər belə müxtəlif sahələrə bölünərək müalicə işi aparırlar, amma burada ixtisası həkim olmayan şəxs insan bədənin hər orqanizmi aid dərmanları təqdim edərək, onun xeyridndən danışır. Bundan başqa qeyd edim ki, şəbəkə marketinqdə olan qiymətlər real bazar qiymətlərindən bahadır. Buna baxmayaraq, dünyada, əsasən də işsizliyin hökm sürdüyü ölkələrdə geniş yayılıb. Sonda qeyd edim ki, şəbəkə marketinqi insanları zəhmətdən yayındırır. O cümlədən, məhsulların satışı həm də internet üzərindən olduğu üçün, vergidən yayınma halları da baş verir. Qanunvericilikdə şəbəkə marketinqinin liberallaşmasının olmaması mənfi hal kimi qiymətləndirilir.