Əlaqə Arxiv
news Image
2017.12.14
10:45
| A A A
Azərbaycanda xam pambığın alış qiymətləri artırılacaq

 “Pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”ın Tədbirlər Planının icrasına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyində (KTN) İqtisadiyyat Nazirliyinin rəhbər şəxslərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan “MKT İK” və “CTS AQRO” MMC-lərin nümayəndələri ilə görüş keçirilib.

“Movqe” KTN-ə istinadən xəbər verir ki, pambıq əkən fermerlərin həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə gələn ildən xam pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 100-110 manat artırılaraq aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib:

  2017-ci il (faktiki) 2018-ci il (təklif olunan)
1-ci növ 500 600
2-ci növ 470 580
3-cü növ 440 540
4-cü növ 400 500

Sizin Reklam Yeriniz