Əlaqə Arxiv
news Image
2017.12.14
10:54
| A A A
FED rəhbəri: “Bitkoindən çirkli pulların yuyulmasında istifadə oluna bilər”

Bitkoin etibarsız, yüksək dərəcəli spekulyativ aktivdir və o çirkli pulların yuyulmasında istifadə oluna bilər.

 
Movqe.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) başçısı Canet Yellen bəyan edib.
 
"Hazırda beynəlxalq hesablaşmalarda bitkoin cüzi yer tutur.  Həmçinin bitkoin qanunvericiliklə tənzimlənməyən qeyri-sabit mənfəət mənbəyi kimi səciyyələndirilir. Federal Ehtiyatlar Sistemi bitcoinlə bağlı hər hansı tənzimləyici rol oynamaq fikrində deyil”, deyə C.Yellen bildirib.
 
C.Yellen həmçinin banklara qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinə qarşı çıxmağın vacibliyini xatırladaraq bəyan edib ki, çirkli pulların yuyulmasında bitkoindən də istifadə oluna bilər. 

Sizin Reklam Yeriniz