news Image
2013.03.15
15:25
| A A A
Avro-3 standartının tətbiqi gecikir
Fazil Talıblı: «Avro-3 standartının tətbiq tarixi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını gözləyirik» Nicat Hacızadə: «Avro-3 standartına keçməzdən qabaq yanacaq da bu standarta uyğun olmalıdır»

Hələ ötən ildən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Avro-3-ə keçid təsdiqlənib. Lakin sözügedən standarta keçid hələ baş tutmayıb. Bunun səbəbləri barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təmsilçisi Fazil Talıblı Mövqe.az-a açıqlamasında bildirib: "Avro-3 standartının tələbləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilib. Azərbacanda Avro-3 standartının tətbiq tarixi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını gözləyirik. Qərar verildikdən sonra Azərbaycana idxal edilən və ölkədə istehsal edilən avtomobillərin Avro-3 standartına uyğun buraxılması vacib əhəmiyyət daşıyacaq".


İqtisadçı ekspert Nicat Hacızadə bu məsələ ilə bağlı aşağıdakıları bildirib: "Azərbaycan Respublikasının ərazisində avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avroekoloji normaları tətbiq edilməsi və müvafiq olaraq Azərbaycan Respublikasının ərazisinə yalnız Avro-2 və daha sərt Avropa ekoloji normalarına uyğun olan avtonəqliyyat vasitələrinin idxalına icazə verilməsi məsələsi 2010-cu ildən gündəmdədir. Bu ekoloji normanın tətbigi nəticəsində ölkəyə yeni avtomobillər idxal olunur və olunacaqdır. Amma bu həmçinin sözügedən standarta cavab verməyən maşın sahiblərini də narahat edir.

Bir məsələni də nəzərə çatdırım ki, Avro-3 standartına keçməzdən qabaq yanacaq da bu standarta uyğun olmalıdır. Cənab preizdent İlham Əliyev bu barədə 2009-cu ildə neft-kimya sənayesinin strateji inkişafı barədə sərəncam imzalayıb. Həmin sərəncamda hazırda fəaliyyət göstərən neft-qaz emalı və neft-kimya müəssisələrində hasil olunan karbohidrogen resurslarının emalının dünya standartları səviyyəsinə qaldırılması zərurətinin yarandığı göstərilib. Bu fonda 2015-ci ilədək Azərbaycanda mövcud neftayırma zavodlarında yeni texnologiyalar tətbiq edilməlidir ki, Avro-4 standartı qəbul edilsin".