Əlaqə Arxiv
news Image
2018.01.12
16:36
| A A A
Büdcədən maliyyələşən təşkilatlar 97 milyon manatlıq ərzaq məhsulları ilə təchiz edilib

Ötən il büdcədən maliyyələşən təşkilatlar 97 milyon manatlıq ərzaq məhsulları ilə təchiz edilib.

Bu barədə  “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətindən bildirilib.

Qeyd olunub ki, 1 yanvar 2017-ci il tarixdən fəaliyyətə başlamış Səhmdar Cəmiyyətin zəruri infrastrukturu qurulub, Bakı şəhərində əsas logistika mərkəzi olmaqla 12 regional bölmə, 38 rayonda dayaq məntəqələri yaradılıb və regional bölmələr üçün inzibati bina, eləcə də anbarlar icarəyə götürülüb, lazımi avadanlıqlarla təchiz edilib. Hazırda Səhmdar Cəmiyyətin istifadəsində ümumi tutumu 19 min kv.m-dən çox anbar təsərrüfatı mövcuddur. Əlavə olaraq, gündəlik mal dövriyyəsini həyata keçirmək məqsədilə ümumilikdə 16 yük avtomobili icarəyə götürülüb, Bakı şəhərində pərakəndə satış həyata keçirmək məqsədilə 15 əlavə yük maşını avtomobil parkına daxil edilib.

Hesabat dövrü ərzində dövlət büdcəsindən maliyyələşən 863 satınalan təşkilatla 1925 təchizat nöqtəsinə məhsul təchizatı ilə bağlı müqavilələr bağlanılıb.

 

2017-ci il ərzində dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlar 18 məhsul kateqoriyası üzrə 97 milyon manatlıq ərzaq məhsulları ilə təchiz edilib. Bunun böyük hissəsi (395 nəfəri fermer və 276-sı şirkət olmaqla) yerli istehsalçılardan alınıb ki, bu böyük həcmdə vəsaitin yerli istehsalçıların dövriyyəsinə daxil olması deməkdir.

İxracla bağlı görülən işlər nəticəsində dəyəri 54 milyon 928 min manatdan çox məhsul ixracı həyata keçirilib.

Bundan başqa, 309 istehsalçının monitorinqi həyata keçirilib, istehsal potensialı və təqdim edilən sənədlərin düzgünlüyü təsdiq olunan 132 təsərrüfat subyektinə yaz və payız mövsümündə 11 adda məhsul istehsalı üçün 3 544 488 manat avans ödənilib.

Sizin Reklam Yeriniz