Əlaqə Arxiv
news Image
2018.01.16
07:00
| A A A
Qeyri-neft sektoru üzrə xaricə məhsul satışı artacaq
Ruslan Atakişiyev: “Neftin qiymətindən asılı olamayaraq, qarşıya qoyulan tədirlər həyata keçirilməlidir” Rəşad Həsənov: “Müxtəlif dövlət qurumlarının da bu istiqamətdə öhdəlikləri var”

2017-ci ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 387 milyon ABŞ dolları həcmində olub və bu ixrac əməliyyatlarında 1824 subyekt iştirak edib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixracın həcmi 22 %-dən çox artıb. Dövlət tərəfindən həyata keçrilən tədbirlər hesabına cari il ərzində Azərbaycanın xarici ölkələrə qeyri-neft sektoru üzrə daha çox məhsul satışı gözlənilir. 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, 2016-cı ildən ciddi islahatlara başlanılıb: “Bunların ən əhəmiyyətlisi ölkə iqtisadiyyatının inkişafı ilə bağlı yol xəritələridir. 2017-ci ildə bu islahatların növbəti mərhələsi kimi bir sıra işlər görüldü. Bunun nəticəsində qeyri-neft ixracının həcmi artmağa başladı. 
2018-ci ildə də islahatların nəticəsinin olacağı gözləntiləri var. Əsasən də qeyri-neft sektorunun müxtəlif sahələrində artımlar gözlənilir. Xüsusən də kənd təsərrüfatının inkişafı qarşıya məqsəd kimi qoyulub. O cümlədən bir sıra rayonlarda sənaye məhəllələri fəaliyyətə başlayıb. Bütün bunlar istehsalın artmasına hədəflənib. Həmçinin nəzərə alaq ki, turizmin inkişafı prioritetdir. O cümlədən 2017-ci ilin sonunda “Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Bu da ölkə iqtisadiyyatına investisiyaların artmasını şərtləndirir.  Bütün bunlar 2018-ci ildə göstərilən sahələrdə artımın olacağına işarə edir”.
Ekspert əlavə etdi ki, qeyri-neft sektorunun inkişafı daha da önə çəkilməlidir: “Neftin qiymətindən asılı olmayaraq, iqtisadi sabitliyinin qorunması istiqamətində tədbirlər davam etdirilməlidir. 2016-cı ildə iqtisadiyyatın müxtəlif sahələri üzrə qəbul olunmuş yol xəritələrinin izlənməsinə ehtiyac var. Xüsusən də şəffaflığın artırılmasına diqqət etmək lazımdır. Neftin qiymətindən asılı olamayaraq, qarşıya qoyulan tədirlər həyata keçirilməlidir”. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, 2018-ci ildə də qeyri-neft ixracı artacaq: “Qeyri-neft ixracının bazası kiçikdir. Yəni, təxmənin 15 milyad dollardır. Bu bazanın nisbətində kiçik artım böyük göstərici kimi görünür. Belə olan halda 2018-ci ildə də müvafiq artımları görə bilərik. 
Nəzərə alaq ki, Azərbaycan brendinin xaricdə təşviqi ilə bağlı qaydalarda dəyişiklər edildi. Dövlət tərəfindən maliyyə dəstəyi artırıldı. Bu da prosesə dəstək verəcək. Digər tərəfdən, qeyri-neft ixracında aqrar məhsullar əsas yeri tutur. Son illər kənd təsərrüfatı sahədində həyata keçirilən islahatlar, ixracın təşviqi prosedurları müəssisələri ixrac qabiliyyətli məhsul istehsal etməyə təşviq edir. Digər tərəfdən, ölkədə çoxsaylı aqroparkların tikintisi davam edir. 2018-ci ildə bir neçə aqroparkın istifadəyə verilməsi gözlənilir. Bu özü də kənd təsərrüfatında istehsal olunacaq nisbətən yüksək keyfiyyətli məhsulların   həcmini artıracaq. Bütün bunlar son nəticədə ixraca müsbət təsirini göstərəcək. 
Nəzərə alaq ki, müxtəlif dövlət qurumlarının da bu istiqamətdə öhdəlikləri var. Srtrateji Yol xəritələrinin ortalığa qoyduğu tələblər mövcuddur. Bu tələblərin yerinə yetirilməsi ixracın həcmində artıma səbəb olacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz