Əlaqə Arxiv
news Image
2018.01.17
10:46
| A A A
Ağcabədidə 175 hektar sahədə meyvə bağları salınıb

Ötən il Ağcabədi rayonunda 175 hektar sahədə meyvə bağları salınıb.

Ağcabədi rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən  bildiriblər ki, yeni salınan bağlarda tut, ərik, nar və digər ağac tingləri əkilib. Baramaçılığın inkişafı məqsədilə rayon ərazisində əkilmək üçün 43 min ədəd tut tingi verilib. Bundan başqa, meyvə tinglərinin yetişdirilməsi məqsədilə 1 hektarda ərik, alça, gavalı, şaftalı və digər meyvələrin toxumları səpilib. Kökləndirmək üçün 3,5 hektarda 250 min ədəd nar qələmi basdırılıb, 565 kiloqram müxtəlif meyvələrin toxumu tədarük olunub.

Müəssisə tərəfindən meyvə bağlarının salınması 2018-ci ildə də davam etdiriləcək.

AzərTac

Sizin Reklam Yeriniz