Əlaqə Arxiv
news Image
2018.01.23
17:29
| A A A
ADAU-nun aqronomluq fakültəsində aqrobioekotex şirkəti ilə müzakirə aparılıb

Mineral gübrələrin bahalığı və onun tətbiqi zamanı mineral gübrə qalıqlarının əldə olunan məhsulda toplanması təsərrüfat sahiblərini yerli resurslardan istifadə etməklə alternativ üsullar tətbiq etməyə vadar edir. Bu alternativ üsullardan bir idə kompostlardan istifadədir.Kompostlaşma prosesi təbii halda uzun müddətli (3-6 ay) proses olduğu üçün ADAUnun Aqronomluq fakültəsinin əməkdaşları Aqrobioekotex şirkətinin prezidenti Əlibala Əlizadəvə AMEAnınTorpaqşunaslıq və aqrokimya institutunun professoru Paşa Zeynalovla birgə təcrübə qoyublar.Təcrübədə məqsəd kompostlaşma prosesini sürətləndirmək üçün Aqrobioekotex şirkətinin məhsulu olan fermentstart bakteriya məhlulundan istifadədir.

Onu da qeyd edək ki, təcrübə ötən ilin oktyabrında ADAU-nunTədrisTəcrüəTəsərrüfatında qoyulub. Bugün kompostun tərkib ianaliz nəticəsində müəyyənləşdirilib və nəticələr Aqronomluq fakültəsində müzakirə edilib.

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz