Əlaqə Arxiv
news Image
2018.02.14
18:19
| A A A
Azərbaycanın xarici dövlət borcunun miqdarı açıqlanıb

01 yanvar 2018-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyon dollar (15,978.1 milyon manat) olub.

Maliyyə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyəinstitutlarından infrastruktur layihələri vəmaliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyəbazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Sizin Reklam Yeriniz