Əlaqə Arxiv
news Image
2018.02.16
15:59
| A A A
TANAP vasitəsilə Azərbaycandan Türkiyəyə ilk qazın nəql olunacağı dəqiq tarix açıqlandı (YENİLƏNİB)

Transanadolu boru kəməri (TANAP) vasitəsilə Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından ilk qaz Türkiyəyə bu il iyunun 3-da nəql olunacaq.

Movqe.az-ın məlumatına görə, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, bu il "Şahdəniz" yatağından əlavə olaraq 2 milyard kubmetr qaz hasil etmək planlaşdırılır:

"Cari ildə əlavə olaraq hasil edilən 2 milyard kubmetr qazın ixracı ilə bağlı müqaviləmiz var. İxrac həcmi ildən-ilə artırılacaq. İlk qaz TANAP-a iyunun 30-da vurulacaq. İlin ikinci yarısında "Şahdəniz 2" çərçivəsində yeni platformadan ilk qaz bu sistemlə nəql olunacaq".

Trend

Sizin Reklam Yeriniz